Mehdiabadda avtomobil piyadanı vurub

60

Abşeron rayonunda yol qəzası zamanı bir nəfər ağır xəsarət alıb. APA xəbər verir ki, yol-nəqliyyat hadisəsi Mehdiabad qəsəbəsində qeydə alınıb.

Piyadalar üçün müəyyən edilməmiş hissədə yolu keçən 31 yaşlı İsrafilov Elçin Bahadur oğlunu minik avtomobili vurub. Yaralı 3 nömrəli şəhər klinik xəstəxanasına yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti ağırdır.