Mehdiabad yolunda yol qəzası baş verdi – Xəsarət alanlar var

    15

    Abşeron rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

    Hurriyyet.org xəbər verir ki, hadisə rayonun Mehdiabad yolunda, Gənclər şəhərciyində qeydə alınıb.

    Qəza zamanı 34 yaşlı Elvin Əliyev sol diz oynağının travması, 62 yaşlı Təhmasib Allahverdiyev alt dodağın kəsilmiş yarası diaqnozu, 27 yaşlı İdris Kərimov isə qapalı kəllə beyin travması və gözün travması diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.

    Faktla bağlı araşdırma aparılır.