Medvedev yenidən Rusiyanın baş naziri oldu

    27

    Dmitri Medvedev yenidən Rusiyanın baş naziri vəzifəsinə təsdiqlənib.

    Hurriyyet.org xəbər verir ki, bu gün Dövlət Dumasının plenar iclasında hökumət başçısı vəzifəsinə Dmitri Medvedevin təyin olunması məsələsinə baxılıb, onun namizədliyi səsə qoyulub.

    D. Medvedevin lehinə 374 nəfər deputat səs verib, 56 nəfər isə əleyhinə olub. Beləliklə, baş nazir vəzifəsinə D. Medvedevin namizədliyi təsdiqlənib.