Mədəniyyət və İncəsənət Universitetindən kütləvi istefa? – Xalq artisti yayılan xəbərlərdən danışdı

    27

    Azərbaycan Mədəniyyət və İncəsənət Universitetindən müəllimlərin kütləvi şəkildə işdən azad edildiyi iddia olunur.

    Məlumata görə, müəllimlər incidilərək, öz ərizələri ilə universitetdən getməyə məcbur ediliblər. İşdən çıxarılanlarla bağlı siyahıda 30-dək müəllimin adı var. İşdən çıxarılanların arasında Xalq artisti Valeh Kərimovun da adı çəkilir.

    Cebhe.info məsələ ilə bağlı Mədəniyyət və İncəsənət Universiteti ilə əlaqə saxlayıb. Universitetdən məlumatın həqiqətə uyğun olmadığı bildirilib: “Yalan və şayiədir. Belə bir hadisə olsaydı, bizim də xəbərimiz olardı”.

    Xalq artisti Valeh Kərimov da öz növbəsində yayılan məlumatın həqiqəti əks etdirmədiyini deyib: “Maraqlısı budur ki, mən o universitetdən 5 il əvvəl çıxmışam. Bu xəbər indi niyə yayılır, anlamıram. Köhnə xəbərdir”,- deyə Xalq artisti əlavə edib.

    Alçina Amilqızı
    Cebhe.info