Hurriyyet.org xəbər verir ki, Konqo Demokratik Respublikasının cənub-şərqində yerləşən bir mis mədənində çökmə baş verib. Hadisə nəticəsində 41 nəfər həlak olub.
Rəsmi qeydiyyata alınmayan işçilər həlak olublar
Mədəni istismar edən və mərkəzi ofisi İsveçrədə yerləşən Kamoto Mis Şirkətinin açıqlamasında Kolvezi rayonundakı mədənlərə hər gün işləmək üçün rəsmi icazə olmayan minlərlə adamın daxil olduğu deyilir.
Mis və kobalt filizləri ilə zəngin Konqodakı mədən bölgələrində yoxsul camaat mədənlərin tərk edilmiş tunellərinə icazəsiz girərək təhlükəsizlik tədbirləri görülmədən çalışdığı bildirilir.
Hurriyyet.org