Məcburi köçkünlər məskunlaşan tikilidə yanğın – Xəsarət alan var

    9

    Bərdə rayonunun Qırmızı Samux qəsəbəsində ümumi sahəsi 270 m² olan tikilinin (məcburi köçkünlər məskunlaşıb) dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə və ümumi sahəsi 70 m² olan evin mətbəxinın tavanı və içərisindəki əşyalar 12 m² sahədə yanıb.

    Hurriyyet.org Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğın zamanı 1 nəfər xəsarət alıb.

    Tikilinin və evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.