“MDB yaxın vaxtlarda dağılacaq, çünki Rusiya…” – Poznerdən şok iddia

114

Rusiyalı jurnalist və televiziya aparıcısı Vladimir Pozner Müstəqil Dövlətlər Birliyinin (MDB) yaradılmasının səhv olduğunu, bunun sadəcə keçmiş SSRİ-nin bəzi ölkələri arasında əməkdaşlıq təşkilatı hesab etdiyini söyləyib.

Teleqraf.com xəbər verir ki, Pozner bu barədə “Online” saytına açıqlamasında deyib.

“Mənim nöqteyi-nəzərimdən, MDB-nin yaradılması bir səhv idi, bu, SSRİ-ni qorumaq üçün uğursuz bir cəhd idi”, – jurnalist bildirib.

Pozner ayrıca bu təşkilatın süni olduğuna inandığını və bu səbəbdən də yaxın zamanda “ölümünü” proqnozlaşdırdığını bildirib: “MDB ölməyə yaxın süni bir formasiyadır”.

Jurnalistə görə, Rusiya SSRİ-də olduğu kimi MDB-də də əsas dövlət idi, indi də birlikdə bu rola iddia edir.

Pozner SSRİ-nin tərkibindəki digər respublikaların Sovet İttifaqının dağılmasından əvvəl bu “böyük qardaşdan” qurtulmaq istəyinin olduğunu deyib: “Bəziləri zəiflik və yoxsulluq üzündən MDB-nin yaradılmasından sonra da bu vəziyyəti qəbul etmək məcburiyyətində qaldılar, ancaq bu cür ölkələrin sayı getdikcə azalır”.