MƏCLİSƏ GİRƏR-GİRMƏZ TƏHDİD!

    15

    Əhməd Şık və Barış Atay medianı hədələdi: “Xalqın iqtidarında tualet kağızları sadəcə işlərini yerinə yetirəcək, qəzet kimi davranmayacaq”

    Hurriyyet.org xəbər verir ki, Türkiyə haqda “terror dövləti” deyən, TSQ-ni qatıl adlandıran Barış Atay və Əhməd Şık bu dəfə mətbuatı hədəfə alıb.

    Xatırladaq ki, daha öncə CHP-li Gülşən Təkin iyunun 7-də açıqlama verərək “iyunun 8-də mətbuatı qapadacağıq” deyə medianı təhdid eləmişdi. Ardınca da Şık və Atay “bu hələ başlanğıcdır” deyə mətbuata hərbə-zorba gəlib.

    Dünən “Yeni Şafak” qəzeti “Türkiyəyə terrorçu” deyən və TSQ-ni qatıl elan edən Atayla Şık haqda CHP sayəsində millət vəkilliyinə seçilildiyini haqda xəbər yazıb. Xəbərin ardınca onlar “Twitter” hesabından “İpinizi tutanların da, sizlərin də kökünüzə gedib çıxacağıq” deyərək təhdidlər yağdırıb.

    Türkiyə mediası hər iki millət vəkilini CHP-nin sayəsində PKK-nın siyası qanadı olan HDP-dən – Əhməd Şıkın İstanbuldan, Barış Atayın isə Hataydan məclisə daxil olduğunu yazıb: “CHP sayəsində PKK-nın siyasi qanadı olan HDP-dən millət vəkilliyinə seçilən terror dəstəkçiləri Şık və Atay mətbuatı hədələyir. Şanlı ordumuzdan “qatil” deyə bəhs edərək alçaqlığını göstərən terrorçu Atay da “xalqın iqtidarında tualet kağızları sadəcə işlərini yerinə yetirəcək, qəzet kimi davranmayacaq” deyərək nifrətini qusub”.

    Altunay, Hurriyyet.org