“Mcdonald’s”a qarşı kampaniya ABŞ-a qarşı çevrilə bilər? – erməni faktoru

54

Ekspertlər məsələnin həssas tərəflərindən də danışdılar

Artıq bir neçə gündür ki, Bakıdakı “Mcdonald’s”, “Papa Johns”, “BurgerKing” kimi qida istehsal edən şirkətlərlə bağlı etirazlar səngimək bilmir.

Yada salaq ki, bu şirkətlər sosial media hesablarında ermənilərin təzyiqi ilə Azərbaycan ordusuna dəstək paylaşımlarını siliblər. Azərbaycanda xeyli sayda müştərisi olan şirkətlərin bu addımı qəzəblə qarşılanıb. Bununla belə, şirkətlərin ABŞ-a məxsus olduğu bildirilir.

Bəs görəsən, onların Azərbaycanda fəaliyyətinə qadağa qoyulsa, nə baş verər? Bu, indiki məqamda ölkəmizin Amerika ilə münasibətlərinə xələl gətirməzmi?  Digər tərəfdən də qida şirkətlərinin bu əməlləri cavabsızmı qalmalıdır?

Mövzu ilə bağlı ekspertlərin münasibətini öyrəndik.

“Yeni Müsavat”a mövzu ilə bağlı danışan politoloq İlqar Vəlizadə bildirib ki, hazırda Ermənistanla olan savaş müxtəlif istiqamətdə aparılır: “Əsas savaş, əlbəttə, cəbhədəddir, o biri tərəfdən isə diplomatik, informasiya  sahəsində aparılır. Amma burda həssas bir məsələ var. ”Mcdonald’s”la bağlı cəmiyyətin münasibəti tam anlaşılandır. Mən də onu dəstəkləyirəm, əslində elə öz ailəmlə həmin şirkətin məhsullarından imtina etmişik. Amma bu məsələni Amerika mallarına qarşı kampaniyaya çevirməməliyik. Düzdür, Azərbaycana qarşı hər hansı addım atılarsa, adekvat cavab verməliyik. Amma cəmiyyəti buna səfərbər etsək nə baş verə bilər? Bu xoşagəlməz vəziyyətə gətirə bilər. Çünki Amerika ictimaiyyətində erməni lobbisi fikir formalaşdırmağa başlayacaq.

İlqar Vəlizadə: Sahibkarlar sosial infrastrukturun inkişafına daha fəal  töhfə verməlidirlər

İlqar Vəlizadə

Deyəcəklər, baxın Azərbaycan Amerika mallarını almır. Deməli, Amerika ilə iqtisadi münasibətlərin inkişafında maraqlı deyil. Bu cəmiyyət Amerikanın əleyhinədir. Məkrli siyasət üçün bu faktordan istifadə edəcəklər. Amerikanın digər şirkətləri var ki, onlarla biz normal münasibətdəyik. Onlar da Azərbaycanın mövqeyini başa düşürlər. Burda qarşılıqlı əsaslarla işlər gedir. Onlarla işimiz yoxdur. Müharibə qurtaracaq, Azərbaycan Amerika ilə münasibətlərini indi qoruyur, bundan sonra da qoruyacaq. Eyni zamanda, bizim investisiya layihələrimiz ola bilər. Azad olunmuş torpaqlarda külli miqdarda yataqlar var, Amerikanın tanınmış şirkətlərini ora cəlb edə bilərik. Niyə də olmasın. Amma yenə deyirəm, qərəzli mövqe tutularsa, burda cavab verilməlidir. Amerikanın özündə belə qərəzli münasibət görərlərsə, onların cəmiyyəti də eyni reaksiyanı göstərər”.

Hər 1 dollar üçün 0,85 manat güzəşt tətbiq olunacaq –

Azər Badamov

İqtisadçı, millət vəkili Azər Badamov da şirkətlərin bu hərəkətini kəskin tənqid edib: “Mcdonald’s”, “Papa Johns”, “BurgerKing” restoranlarının öz sosial şəbəkələrindəki profillərində ordumuzun haqq işini dəstəkləyən postları əvvəl yerləşdirməsi, sonra da silməsi qəbuledilməzdir. Qeyd olunan restoranlar şəbəkəsinin bu hərəkətləri cəmiyyət tərəfindən çox pis qəbul olunub. Əhali arasında bu restoranların xidmətlərindən imtina edilməsinə çağırışlar eşidilir. Mən insanların narazılığı ilə tam razıyam və hamılıqla qeyd olunan restoranların xidmətlərindən imtina olunmasını dəstəkləyirəm. Əgər bir xarici şirkət ölkəmizdə fəaliyyət göstərərək qazanc əldə edirsə, o şirkətin ölkəmiz qarşısında mənəvi borcu da olmalıdır. Bu gün Azərbaycan öz ərazilərini işğaldan azad etməsi üçün müharibə aparır . Ölkə daxili bütün müəssisələr, iş adamları və əhali bir nöqtəyə vurmalıdır ki, müzəffər ordumuzun uğurları da davamlı olsun. Belə bir şəraitdə bu restoranlar şəbəkəsinin hərəkəti onu deməyə imkan verir ki, onların rəhbərlərinin düşmənlərimizlə əlaqələri var və onlara bu tapşırığı xaricdə yerləşən öz baş ofislərindən verilib. “Mcdonald’s”, “Papa Johns”, “BurgerKing” restoranları beynəlxalq şirkətlər olduğuna görə onlara qarşı dövlət səviyyəsində hər hansı bir addımın atılmasını düzgün hesab etmirəm. Amma alıcılar bu restoranların məhsullarından imtina etməlidirlər. Əgər hamı imtinaya keçsə təbii ki, bu restoranların fəaliyyəti üçün iqtisadi çətinliklər yaranar və nəticə çıxararalar”.

Eyyub Hüseynov: “Əhaliyə standartlara uyğun olmayan spirtli içkilər satılır”

Eyyub Hüseynov

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da qida şəbəkələrinin boykot edilməsinə münasibət bildirib: “Doğrusu, istehlakçı hüquqlarını qoruyan qurum olaraq biz bu qida şəbəkələrinin ölkəmizdə fəaliyyət göstərməsini istəmirik. İstehlakçılarımızın Azad İstehlakçılar Birliyinə çox böyük inamı var. Amma təəssüf ki, bir məhsulun boykotu lazım bilinəndə kütləvi şəkildə bu kampaniyaya qoşulmaq səviyyəsinə çatmamışıq. Hesab edirik ki, insanlarımıza, dövlətimizə, siyasətimizə zərər verən ölkələrin biznesləri Azərbaycandan çıxıb getməlidirlər. Bunu dövlətin etməsi düzgün olmaz, istehlakçılar təşkil etməlidir”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”