McDonald`s Azərbaycanın nümayəndəsi: “Şəhid olan əməkdaşımızın ailəsinə ömür boyu dəstək göstərəcəyik” – VİDEO

66

Bir müddət əvvəl dünyaca məşhur olan McDonald`s restoranlar şəbəkəsinin Azərbaycan nümayəndəliyi Facebook və İnstaqram hesabında Azərbaycan Ordusuna dəstəklə bağlı status paylaşdı.

Postun yerləşdirilməsindən bir müddət sonra həmin post McDonald`s Azərbaycanın hesablarından silindi. Belə bir məqamda bu postun silinməsi əlbəttə ki, müəyyən narazıqlara səbəb olub. Sosial şəbəkələrdə gedən müzakirələrə baxdıqda, bu postun silinməsi erməni lobbisinin təzyiqi ilə əlaqələndirildir. Ancaq bu iddialar təsdiqini tapmadı.

Sirkətin Azərbaycan nümayəndəliyinin vətənpərvər hislər ilə paylaşdığı bu status bütün dünyada McDonald`s şirkətinin baş ofisinin mövqeyi kimi qəbul olunub. Lakin məlum olduğu kimi, həmin şirkət siyasətlə bağlı bütün məsələlərdə neytral mövqe tutmağa çalışdığından, bu hal mərkəzi ofisin narahatçılığına səbəb olmuşdur. Belə ki, McDonald`s korporasiyasının standartlarına görə, şirkət daimi siyasi və müharibə məsələlərinə neytral mövqedən yanaşır və bu məsələlərlə bağlı paylaşım etmir. Yəni, məlum paylaşım, erməni lobbisinin təziyiqi deyil, şirkətin standartlarına uyğun gəlmədiyi üçün silinib.

Əlbəttə, dünyada riakarlığına görə tanınan erməni lobbisinin bir çox məsələlərdə olduğu kimi, bu statusun silinməsini də özlərinin uğurları kimi göstərməsi bizi təəcübləndirməməlidir. Lakin burada başqa bir məqama toxunmaq vacibdir: McDonald`s restoranlar şəbəkəsi 20 ildən çox bir müddətdə Azərbaycanda fəaliyyət göstərsə də, bu şəbəkənin Ermənistan ərazisində bir restoranı belə yoxdur.

Bu məsələlərlə  bağlı Xəzər TV-də danışan “McDonald’s Azərbayca”n şirkətinin nümayəndəsi Anar Bayramov bildirib ki, şirkətin rəhbərliyi daxil olmaqla, demək olar ki bütün əməkdaşları Azərbaycan vətəndaşlarıdır.

“Aramızda yalnız bir nəfər qardaş Türkiyənin vətəndaşı var. 20 il  ərzində şirkətimiz çoxlu sayda xeyriyyə aksiyaları həyata keçirib. Biz mütəmadi olaraq uşaq evlərinə, idman yarışlarına da öz dəstəyimizi əsirgəmirik.

Bir maraqlı məqama da toxunmaq istəyirəm. COVİD-19 pandemiyası dövründə biz bir çox xəstəxanaları, karantində olan minlərlə insanı təmənnasız olaraq yemək ilə təmin etmişik.

Əminliklə qeyd edə bilərəm ki, şirkətimizin həm rəhbər, həm sıravi işçiləri fərdi qaydada orduya öz dəstəyini göstərib və göstərəcəklər.

Eyni zamanda 25 əməkdaşımız bu gün ön cəbhədədir və biz onların ailə üzvlərinə dəstək göstəririk. Səbəbi çox sadədir, çünki biz sözün əsl mənasında bir böyük ailəyik.

Allah bütün şəhidlərimizə rəhmət eləsin… McDonald`sın böyük ailəsindən də bir şəhidimiz var, və biz bu şəhidin ailəsinə ömür boyu  dəstək göstərəcəyik”.

Qeyd etməliyik ki, “McDonald`s Azərbaycan” şirkətinin nəzdində 1200-dən çox Azəraycan vətəndaşı çalışır və şirkət ölkədə olan onlarla digər şirkətlərlə də əməkdaşlıq edir.

İqdisadçı ekspertlər hesab edirlər ki, bu anlaşılmazlıq səbəbilə “McDonald`s Azərbaycan” şirkətini boykota çağırmaq on minlərlə insanın zərər çəkməsi ilə nəticələnə bilər. \\Oxu