“Maymaq baş nazir vəziyyətdən çıxış yolu kimi…” – Eldar SABİROĞLU

39
Sərhəddə hərbi vəziyyət gərgin olaraq qalır.
Silahlı Qüvvələrimizin vurduğu sarsıdıcı zərbədən başını itirən və Azərbaycana cavab vermək iqtidarını demək olar ki, büsbütün nəzarət altından çıxaran Ermənistan hakimiyyəti və ordusu ölkə əhalisinin dərin qəzəb və nifrətinə tuş gəlmişdir.
Erməni mətbuatı ilk dəfədir ki, ölkəsinin hərbi məğlubiyyəti barədə bu qədər açıq formada məlumatlar yayır. Paşinyan hökuməti siyasi etimadını artıq tamamilə itirmək üzrədir. İnformasiya mənbələrinin verdiyi xəbərlərə görə keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarkisyan tərəfdarları yaxın günlərdə Nikol Paşinyanın istefa məsələsini gündəmə daşıyacaqlar.
Maymaq baş nazir vəziyyətdən çıxış yolu kimi münaqişə ocaqlarının çoxalmasına səylər göstərir və ictimai rəyi xeyrinə dəyişdirmək məqsədi ilə Azərbaycanın digər sərhəd zonalarında döyüş vəziyyəti yaratmağa çalışır. Naxçıvanla sərhəddə atəşkəs rejimini pozmaq istəyən erməni silahlı bölmələrinin bu cəhdinin də qarşısı Əlahiddə ordu birləşməmiz tərəfindən qətiyyətlə alınmışdır. Hər şeydən əli üzülən Paşinyan indi Azərbaycanla bağlı yalan və uydurma məlumatların yayılması ümidinə qalıb.
Eldar SABİROĞLU
Hurriyyet.org