Mayk Tayson türk filmində 2 dəqiqəlik çəkiliş üçün…

69

Dünyaca məşhur boksçu Mayk Tayson “Osman səkkiz” filmində 2 dəqiqəlik döyüş səhnəsinə görə 350 min avro istəyib. Musavat.com Türkiyə mətbuatına istinadən bildirir ki, bu barədə məlumatı koronavirusa görə çəkilişləri yarımçıq qalan “Osman səkkiz” filminin prodüseri Ömər Kaya yayıb. Prodüser hazırda təklif və cavabın analiz edildiyini bildirib.
Qeyd edək ki, pandemiya səbəbindən “Osman səkkiz” filminin çəkilişlərinin vaxtı iki dəfə uzadılıb. Baş rollarda Ali Atay və Begüm Birgönün rol aldığı, fantastik-romantik komediya üslubunda olan filmin çəkilişlərinə sentyabrda start veriləcəyi açıqlanıb.