Yamaykada futbol matçı zamanı şimşək çaxıb.
Hurriyyet.org virtualaz.org-a istinadən bildirir ki, bu barədə “Loop Yamayka” saytı məlumat yayıb.
Hadisə “Walmer Boys School” və Yamayka Kolleci komandalarının görüşü zamanı stadionda baş verib. Oyunun 82-ci dəqiqəsində iki futbolçu qəfil yıxılıb.
Məlum olub ki, ildırım çəmənliyə dəyib. Futbolçular dərhal xəstəxanaya çatdırlıb. Zərbə nəticəsində digər futbolçuların da yüngül xəsarətlər aldığı qeyd olunub.