Maska və spirt çatışmazlığı ilə bağlı RƏSMİ AÇIQLAMA

57

“Hökuməti qışa hazırlığa görə qınamaq olar, amma pandemiyaya görə yox”.

Hurriyyet.org azvision.az-a istinadən xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib. Onun sözlərinə görə, tələbat kəskin artdığı üçün bütün ölkələrdə tibbi maska və spirtlə bağlı çatışmazlıq var.

“Dövlət orqanları ölkədə maska istehsalı və spirtin istehsalı üçün tədbirlər görürlər. Ölkəyə maska istehsalı üçün xammal idxalına rüsumlar, ƏDV ləğv edilib, güzəştli kreditlər təklif olunub. Maska və spirtin yerli istehsalı üçün bütün şərait yaradılıb. İstehsal prosesinin dəqiq gününü və saatını demək həmişə mümkün deyil. Amma spirt məhsulları istehsal olunur. Qablaşdırılma ilə bağlı problem var idi, o da həll olundu”.