Maşın yolu keçən qadını vurub öldürdü – SİYƏZƏNDƏ

    12

    Siyəzəndə yolu keçən qadını avtomobil vuraraq öldürüb.

    Hurriyyet.org Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, dekabrın 3-də saat 22 radələrində Siyəzən rayonu ərazisində Şabran şəhər sakini Əhməd Səttarov idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən 45-50 yaşlı qadını vurub. Yaralı aldığı xəsarətlərdən hadisə yerində ölüb. Onun şəxsiyyəti hələlik məlum deyil.

    Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.