Masazırda gənclər “Qarabağ” sədaları altında YÜRÜŞ KEÇİRİB – FOTO\VİDEO

90

Abşeronun Masazır qəsəbəsində bir qurup gəncin iştirakı ilə “Qarabağ” sədaları altında yürüş keçirilib.

Hürriyyet.org-un hadisə yerində olan müxbirinin məlumatına görə, əllərində Azərbaycan bayrağını tutan gənclər Qarabağa azadlıq tələb edib.

Gənclərin yürüşü avtomobillərin hərəkətinə maneçilik yaratdığından polis qüvvələri yeridilib.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun mövqelərini yenidən artilleriya atəşinə tutub. Azərbaycan Ordusu adekvat cavab tədbirləri həyata keçirir.