Masallıda karantinə qəbul edilənlərin sayı 20-yə çatdı

6

Masallı Mərkəzi Xəstəxanası 3 gündür ki, karantin məqsədi ilə bağlanılıb. Doğum şöbəsindən başqa heç bir şöbə işləmir. Dünənə qədər xəstəxanya cəmi 1 nəfər yerləşdirilmişdi. 28-dən 29-na keçən gecə isə daha 19 nəfər yerləşdirilib.

Həmin şəxslərdən 5-i Astara Gömrüyündən, İrandan Azərbaycana keçən bir ailədir. Digərləri isə İrandan gəlib Biləsuvar Gömrük-Keçid Məntəqəsindən keçən, əsasən Naxçıvan MR –dan olan vətəndaşlardır. 

Xəstəxanaya yerləşdirilən şəxslər sadəcə karantin məqsədi ilə saxlanılıb. Bizimlə əlaqə saxlayan, lakin adının açıqlanmasını istəməyən həmin şəxslərdən biri billdirir ki, biz tam sağlamıq, bizi gecəyarısı niyə bura gətiriblər, bilmirik. Deyirlər, bizim analizləri Bakıya yollayıblar, müsbət cavab alınandan sonra buraxacaqlar. Rəsmilərin telefonu isə cavab vermir. Bəzələri isə cavab vermək istəmir.

Cəlilabad və Astra Mərkəzi Xəstəxanalarının isə karantinə cəlb olunan şəxslərlər tam dolduğu məlumatlar dolaşır. Bölgədə konkret bir qaynar xətt yoxdur ki, operatov və dəqiq məlumat alasan. /Cenub.az/