Masallıda DƏHŞƏTLİ YANĞIN: 1 ailənin 3 üzvü öldü

    15

    Masallıda evdə baş verən yanğın zamanı xəsarət alan daha bir nəfər ölüb.

    Hurriyyet.org xəbər verir ki, yanıq xəsarətləri alan şəxs Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılarkən yolda vəfat edib.

    Bununla da yanğın zamanı ölənlərin sayı 3-ə çatıb.

    ***

    Masallı rayonunda ev yanıb.

    Hurriyyet.org-un FHN-ə istinadən verdiyi məlumata əsasən, rayonun Təzə Alvadı kəndində ümumi sahəsi 180 m² (hər mərtəbəsi 90 m²) olan taxta konstruksiyalardan ibarət iki mərtəbəli 7 otaqlı evin dam örtüyü, 1-ci və 2-ci mərtəbəsinin yanar konstruksiyaları 120 m² sahədə yanıb.

    Yanğının kəşfiyyatı zamanı ev sahibinin oğlu 1973-cü il təvəllüdlü Əzimov Namiq Kamran oğlu və onun həyat yoldaşı 1983-cü il təvəllüdlü Əzimova Zeynəb Soltanabad qızının yanmış cəsədləri aşkar olunub.

    Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb və 3 nəfər xilas edilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.