Masallıda avtomobil qadını vuraraq öldürdü

45

Masallı rayonunda yol qəzası baş verib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, avqustun 29-u saat 15 radələrində Masallı rayonunun Banbaşı kəndi ərazisində rayon sakini R.Ağayev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən kənd sakini Şayin Feyzullayevanı vurub.a

Xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Masallı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.