Masallıda AĞIR QƏZA: ölənlər və yaralananlar var

    3

    Masallı rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Hurriyyet.org report-a istinadən xəbər verir ki, hadisə Güllütəpə ərazi vahidliyində, Köhnə Zuvand kəndi ərazisində qeydə alınıb.

    Belə ki, "Niva" markalı avtomobil idarəetmədən çıxaraq dağlıq ərazidən dərəyə yuvarlanıb.

    Qəza nəticəsində avtomobildə olan 6 nəfərdən 3-ü dünyasını dəyişib. Yaralılar təcili tibbi yardım maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

    Müxtəlif dərəcəli bədən xəsarətləri alan qadının vəziyyəti ağırdır.

    Faktla bağlı araşdırma aparılır.