Masallı sakinindən 4 kq narkotik götürülüb

357

Masallı rayon sakini narkotiklə saxalnılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Nizami Rayon Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Ə.Abdullayev saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 3 kiloqram 510 qram heroin və 495 qram tiryək götürülüb.