Mart ayına qədər İsraildə kütləvi peyvənd vurulması başa çatacaq

237

Hurriyyet.org xəbər verir ki, İsrailin Baş naziri Binyamin Netanyahu bu il mart ayının axırına qədər ölkənin yaşı 16-dan çox olan bütün sakinlərinin koronavirusa qarşı peyvənd ediləcəyini bildirib. Netanyahu deyib: “Biz koronavirus  təhlükəsini dəf eləmiş birinci ölkə olacağıq”.

O, İsrailin səhiyyə sistemini dünyanın ən yaxşılarından biri adlandıraraq bildirib i, “Pfizer” ilə razılaşma sayəsində İsrail xalqı koronavirus epidemiyasına qalib gəlmiş “nümunəvi millətə” çevriləcək və normal həyata qayıdacaq.

İndiyə qədər 1590 min nəfər israilliyə koronavirus peyvəndi vurulub – bu, əhalinin 17%-ini təşkil edir.