Markov: “Türkiyə regionda böyük bir rol sahibidir”

66

Hurriyyet.org xəbər verir ki,  rusiyalı siyasi analitik Sergey Markov televiziya kanallarından birinə müsahibəsində Türkiyənin Qara dənizdə 320 milyard kubmetrlik təbii qaz yatağı kəşfindən danışarkən deyib: “Türkiyə siyasət səhnəsində böyük bir oyunçu, oyun dəyişdiricidir”.

Markov deyib: “Rusiya Türkiyə ilə əməkdaşlığa hazırdır. Regionda Türkiyənin rolu daha da artacaqdır. Çünki türk geoloqlar və Türkiyə hökuməti bu yatağı tapıb. Buna görə də Türkiyə iqtisadi liderlərdən biri olaraq qiymətləndirilə bilər. Eyni zamanda Türkiyə yeni iqtisadi layihələri ilə tanınır. Türkiyə enerji sahəsində daha müstəqil olacaqdır”.

Prezident Ərdoğan ilə Putin arasındakı yaxşı münasibəti vurğulayan Markov deyib: “Rusiyanın Türkiyə ilə çox yaxşı bir əlaqəsi olduğu üçün Qara dənizdə neft və təbii qaz məsələsində də əməkdaşlığımızı inkişaf etdirəcəyimizə ümid edirəm. Bu xoş münasibətlər prezident Ərdoğan ilə Rusiya prezidenti Vladimir Putin arasındakı dost münasibətlərə əsaslanır”.

Markov deyib: “Türkiyənin böyük bir oyun dəyişdirici oduğunu söyləmək doğrudur. Türkiyə yarım əsrdir, siyasi və istisadi baxımdan ABŞ-ın kölgəsində idi. İndi Türkiyə xarici siyasətdə müstəqilliyini qazanıb. Çox açıqdır ki, bundan 10 il sonra Türkiyə ABŞ və Avropa İttifaqı ilə münasibətlərində daha da müstəqil olacaq. Məncə Türkiyə Rusiya ilə birlikdə olmalıdır”.