Mariya Zaxarova Azərbaycan və Ermənistan cəmiyyətləri arasında dialoq imkanlarını şərh edib – VİDEO

384

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova ikinci Qarabağ müharibəsi bitdikdən sonra Azərbaycanla Ermənistan arasında əlaqələrin qurulması imkanlarını şərh edib.

“İki xalqın həm Azərbaycan ərazisində, həm də Ermənistan ərazisində birgə yaşayış təcrübəsi var – birlikdə çalışıb, dost olub, ailələr yaradıblar. İndi Rusiyanın vasitəçilik səyləri sayəsində qan tökülməsi dayandırıldı, qaçqınların və məcburi köçkünlərin geri qayıtması, nəqliyyat və iqtisadi kommunikasiyaların blokdan çıxarılması barədə razılıq əldə edildi, Azərbaycan və Ermənistanın mülki infrastrukturun bərpasında, əhalinin normal həyat fəaliyyəti şərtlərinin formalaşdırılmasına şərait yaradılmasında kömək edəcək humanitar mərkəz yaradıldı.

Beləliklə, xalqlar arasında dialoqun qurulması üçün şərait yaradılır və bu dialoq fikir ayrılıqlarının geridə buraxılması üçün yeganə yoldur. Fikrimizcə, regionun müxtəlif ticarət və iqtisadi imkanlarının sinerjisinə yönəlmək lazımdır və gündəmə iş adamları, elm adamları və ümumiyyətlə vətəndaş cəmiyyəti nümayəndələri arasında əlaqələrin qurulması daxil edilməlidir”, – deyə M.Zaxarova bildirib. \\Oxu