Maradonanın dəfnində gərgin anlar – Arvadı ilə sevgilisi…

201

Əfsanəvi futbolçu Dieqo Maradonanın vida mərasimində gərgin anlar yaşanıb.

Futbolçunun 6 illik sevgilisi Rokio Oliviya Maradonanın həyat yoldaşı Klaudiya Villafanye arasında qalmaqal baş verib.

Belə ki, Maradonanın həyat yoldaşı Klaudiya Villafanye Maradonanın sevgilisi Oliviyanın mərasimə daxil olmağına icazə verməyib.

Oliviya pərt olaraq qəzəbini bu sözlərlə ifadə edib: “Mən Dieqonun son sevgilisi, görmək istədiyi qadın idim. Heç kim məni anlaya bilməz. Dieqonu bir dəqiqə belə düşünmürlər. Oöldü və canım yanır”.

Qeyd edək ki, noyabrın 25-i Dieqo Maradona yuxuda olarkən qəfil infarktdan dünyasını dəyişmişdi. Bu gün Kasa Rosada futbolçu ilə vida mərasimi keçirilib. \\Sfera.az