Maradonayla vida mərasimi prezident iqamətgahında baş tutacaq

363

Noyabrın 25-də evində ürək tutmasından vəfat edən əfsanəvi futbolçu Dieqo Maradona ilə vida mərasimi Argentina prezidentinin rəsmi iqamətgahında baş tutacaq. Mərasimə bir milyona yaxın insanın gələcəyi gözlənilir.

Hurriyyet.org Argentinə mediasına istinadən xəbər verir ki, hazırda Maradonanın cənazəsi prezident sarayına aparılıb.

Mərasimin təşkilati məsələləri ailəsiylə də razılaşdırılıb.

YƏHYA