Manukyan: “Seçkiləri Paşinyanın istefasından sonra keçirmək lazımdır”

537

Hurriyyet.org xəbər verir ki, Ermənistanda müxalifətin keçid hökumətinin baş naziri postuna namizədi olan Vazgen Manukyan Baş nazir Nikol Paşinyanın istefasını tələb edən nümayişlərin hər gün keçiriləcəyini bildirib.

Manukyan deyib: “Paşinyan istefa verməli, keçid hökuməti qurulmalıdır. Bu gün baş verənlər – faciədir, biz danışıqlar və sənədlər olmadan təhvil verməyə davam edirik. Bütün bunlar dayandırılana qədər növbədənkənar seçkilərdən danışmağın mənası yoxdur”.

Onun sözlərinə görə, növbədənkənar seçkilər ölkədəki vəziyyəti daha da mürəkkəbləşdirəcək, ölkədə partiyalar arasında mübarizə başlanacaq, yenidən cəmiyyət və partiyalar ağlara və qaralara bölünəcəkdir.