“Əmanətlərin yerləşdirilməsi zamanı ehtiyatlı olun” – QUBAD İBADOĞLU

    12

    “Bu ilin birinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə bəzi bankların durumu nisbətən sabitləşsə də, bütövlükdə bank sektoru izafi likvidlik (yerləşdirilmək imkanından çox olan vəsaitlərin toplanması ) və vaxtı keçmiş borclar probleminə görə hələ də böhrandan çıxa bilməyib. Bu da bəzi banklarda əmanətlərin qaytarılması riskini artırır”.

    Hurriyyet.org xəbər verir ki, bu barədə iqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri, iqtisadçı alim Qubad İbadoğlu bildirib.

    “Hesabat məlumatlarına görə, (Naxçıvan bank istisna olmaqla) ötən ilin 1-ci rübündə xalis mənfəətə malik olmayan bankların sayı 11 idisə (onlardan biri Dəmirbank artıq bağlanıb), bu ilin ilk rübünün nəticələrinə görə zərərlə işləyən bankların sayı 7-ə qədər azalıb və onların 5-i (Bank VTB (Azərbaycan), TuranBank, AGBank və AccessBank ) ikinci ildir ki, davamlı olaraq xalis mənfəətsiz fəaliyyət göstərir. 1 aprel 2018-ci il tarixə olan məlumata görə, bu banklar arasında ən böyük zərər (247 milyon manat) Bank VTB (Azərbaycan) ASC-nin fəaliyyətində qeydə alınıb. Bu bankda zərərin məbləğinin kəskin artması bütövlükdə bank sektorunun 1-ci rübdəki fəaliyyətini mənfəətsiz edib. Odur ki, əmanətlərin yerləşdirilməsi zamanı ehtiyatlı olun”, -deyə iqtisadçı tövsiyyə edib.

    Q. İbadoğlu mənfəətsiz işləyən bankların zərərini də diqqətə çatdırıb:

    TuranBank ASC – 0.2 milyon AZN

    Nikoil Bank İKB ASC – 0.3 milyon AZN

    Muğanbank ASC – 1.8 milyon AZN

    AGBank ASC – 3.2 milyon AZN

    Amrahbank ASC – 5.4 milyon AZN

    AccessBank QSC – 8.6 milyon AZN

    Bank VTB (Azərbaycan) ASC – 247.4 milyon AZN

    Cavid, Hurriyyet.org