“Mandatımın imkan verdiyi yerlərə baş çəkə bilmirəm” – Anjey Kaspşik

30

ATƏT-in sədrliyi, Minsk qrupu həmsədrləri və tərəflərlə məsləhətləşmələrdən sonra martın 18-də ofisimin monitorinq fəaliyyətini müvəqqəti dayandırdığını elan etdim. Bu, bölgədəki beynəlxalq sərhədlərin bağlanmasından və hərbi hissələrə ziyarətçilərin hərəkətinə məhdudiyyətlərin tətbiq edilməsindən sonra baş verdi.
Hurriyyet.org azvision.az-a istinadən xəbər verir ki, bu barədə erməni KİV-ə müsahibəsində ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik deyib.

Onun sözlərinə görə, bununla belə, ofis ciddi şəkildə və istisnasız olaraq hakimiyyət orqanları tərəfindən həyata keçirilən bütün tədbirləri müşahidə edib.

“Monitorinq tədbirlərindən və şəxsi görüşlər istisna olmaqla, ofisin işi davam edir. Biz videokonfrans və digər texniki vasitələrə əlaqə saxlamaqla vəziyyət barədə ATƏT sədrliyinə və Minsk qrupunun həmsədrlərinə, həmçinin ATƏT-ə üzv dövlətlərə məlumat veririk. Vəziyyət imkan verdikcə fəaliyyətimizi tam şəkildə davam etdirməyi planlaşdırırıq. Bununla yanaşı, ofis bu müddətdən daxili prosesləri gücləndirmək üçün istifadə edir.

Hazırda mən mandatımın imkan verdiyi yerlərə baş çəkə bilmirəm. Ancaq ən yüksək hərbi və mülki səviyyədə səlahiyyətlilərlə telefonla daim əlaqə saxlayıram. Həm də Minsk qrupu həmsədrləri tərəfindən mütəmadi keçirilən videokonfranslarda iştirak edirəm. Deyə bilərəm ki, bu məhdudiyyətlərə baxmayaraq, son aylarda kifayət qədər məşğul olmuşam”.

Kasprşik ofisin genişləndirilməsi məsələsinə də toxunub: “2016-cı ildə Vyana və Sankt-Peterburqdakı zirvə görüşlərində ofisimin genişləndirilməsi ideyası qəbul edildi. Genişləndirmə ilə əlaqəli praktik aspektlər hələ razılaşdırılmayıb”.