Malidə hərbçilər qiyam qaldırdılar. Nazirlər və zabitlər həbs edildilər

72

 

Hurriyyet.org xəbər verir ki, Malidə paytaxt Bamakonun yaxınlığındakı Kati rayonundakı bazada qiyam qaldırmış hərbçilər bəzi nazirləri və zabitləri həbs ediblər.

“RİA Novosti” agentliyinə məlumat verən mənbə bəzi yüksək vəzifə sahiblərinin naməlum istiqamətdə aparıldığını bildirib.

Mətbuatda Malidə 40 nəfər hərbçinin itkin düşdüyü barəsində məlumat verilib.

Qərb ölkələrinin səfirlikləri də Silahlı Qüvvələrin qiyamı barəsində informasiyanı təsdiqləyib.