Makronun Fransası – tərəfkeş həmsədr dövlət təcavüzkarı dəstəkləyir

57

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin işğaldan azad edilməsi istiqamətində əks -hücum əməliyyatı davam edir.

Otuz ilə yaxındır bu münaqişənin həllinə vasitəçilik missiyasını üzərinə götürənlərin yarıtmaz fəaliyyəti nəticəsində Qarabağdakı separatçılar və Ermənistanın iştahası böyüdü.

Sepratçılıq və işğalı davam etdirən ermənilərin ən böyük havadarı rolunda Fransa da çıxış edir. Azərbaycan ərazisinə qanunsuz olaraq keçən Parisin “Le Mond” qəzetinin jurnalistinin yaralanması hadisəsindən Ermənistan və Fransa şou qurub. Jurnalistin yaralanması xəbərinin doğru olub-olmadığı hələ məlum deyil. Bundan başqa, əks-hücum əməliyyatı keçirilən ərazidə Azərbaycan xarici jurnalistlər üçün şərait yaradıb. Odur ki, “Le Mond”un əməkdaşı da qanuni şəkildə Azərbaycan tərəfdən döyüşləri izləyə bilərdi. Ona görə də belə bir sual yaranır: “Le Mond”un əməkdaşının Qarabağda nə işi var? O, Qarabağ ərazisinə daxil olmaq üçün vizanı hansı dövlətdən alıb?

Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, mülki şəxslərə və obyektlərə atəş açmır. Deməli, jurnalistin yaralanması oyundur. Bunu Fransa prezidenti Emmanuel Makronun çıxışından da görmək olar.

O bildirib ki, Qarabağda yaralanmış jurnalistin arxasınca təyyarə göndərmək niyyətində olduğunu açıqlayıb.