MAKRONUN BURİDANIN EŞŞƏYİNİ DİRİLTMƏSİ… – Millət vəkilinin yazısı

93

Etibar Əliyev, Millət vəkili

2020-ci ilin aprel ayının 24-də İmmanuyel Makron qondarma erməni soyqırımının 105 illiyi münasibətilə erməni həmkarı Armen Sarkisyana göndərdiyi məktubunda yazmışdı: “Erməni soyqırımının 105 illiyinə həsr olunmuş bu gündə mən ən səmimi qardaşlıq salamımı sizə və erməni xalqına çatdırıram. Fransa soyqırıma yol açan aprelin 24-də Konstantinapolda qətlə yetirilmiş 600 erməni ziyalıları nümayəndələrini də yad edir. Bu günkü Fransa ölənlərin xartirəsinin müdafiəsi işində, soyqırımın inkarına qarşı mübarizədə və tarixin bu faciəvi səhifəsindən dərs götürməkdə indiki kimi sədaqət və bağlılıq nümayiş etdirməyib.”

Bu Makronun sifətidir. Tərsini deyir. Erməni terrorçularının türk ziyalıları və Dövlət adamlarını qətlə yetirməkləri haqqında tarixi faktları saxtalaşdırır. Dövlət başçılarının bioqrafiyalarında diqqəti cəlb edən maraqlı məqamlar olur.

Makronda diqqətimi çəkən məqam onun XX əsrin nəhəng filosoflarından biri Sorbona Universitetinin professoru Pol Rikyorun 1999-2001-ci ilərdə köməkçisi olmasıdır. Makron sözün əsl mənasında böyük filosofdan yaxşı heç nə öyrənməyib. Pol Rikyor müsahibələrinin birində deyir: “ Fəlsəfə siyasi dilin arqumentləşdirilməsi və dəqiqliyinin keyfiyyətinə cavabdehlik daşıyır. Siyasətin dili ritorikadir. Fəlsəfənin vəzifəsi – diskussiya iştirakçılarına sözlərini və fikrlərini adekvat ifadə etməyi öyrətməkdir. Filosoflar siyasətin dilini təkminləşdirməlidir və insanların bir-birilərini aydın başa düşmələrinə kömək etməlidir. Siyasətçilər həqiqətin carçısı olmalıdırlar.”

Makron Rikyorun ən pis tələbəsi olub. Yalanın carçısına çevrilib. Açıq-aşkar qondarma erməni genosidini dəstəkəməklə öz əxlaqını ortaya qoyub. İndiki durumda ermənipərəstliyi ilə açıq –aşkar bizə olan qərəzini nümayiş etdirir, məsuliyyətsiz Bəyanatları ilə torpaqlarımızın işğal altında qalmasına tərəfdar çıxır.

Makron Buridanın eşşəyini diriltdi

Makron Rikyordan germenevtikanı, xalqların mədəniyyətinin identikliyi ideyasını əsaslandırmağı öyrənə bilməyib. Əksinə Jan Buridanın eşşəyini dirildib. Fransız mütəfəkkiri Andre Kont Sponvilin “Fəlsəfə lüğəti”ndə “Buridan eşşəyi haqqında” məqaləsi yadıma düşdü.

XIV əsr fransız filosofu Jan Buridan daha çox eşşəyin adı ilə tarixə düşüb. Düşünülmüş təmsilin mahiyyəti belədir: “Təsəvvür edin ki, aclıq və susuzluqdan eyni dərəcədə əziyyət çəkən eşşək bir vedrə su ilə bir çəngə ot arasında dayanıb. Eşşək su ilə ot arasında seçim edə bilmədiyindən, ac-susuzluqdan ölür. Çox vaxt bunu tarixən azad iradənin qeyri-mümkünlüyünün isbatı kimi misal çəkirlər”. Məsələnin mahiyyəti axırıncı cümlədə ifadə olunub.

Bu eşşək haqqında mübahisələr artıq 600 ildir ki, davam edir.

İmmanuyel Makron! Darıxma…Buridanın eşşəyi bu dönəmdə də öləcək.