Makrondan qondarma “erməni soyqırımı” iddiaları ilə bağlı QALMAQALLI AÇIQLAMA

21

Hurriyyet.org xəbər verir ki, Fransa prezideti Emmanuel Makron ermənilərin qondarma “soyqırımı” iddialarının inkar edilməsinin cəzalandırılması üçün hüquqi əsasın hazırlandığını bildirib.

Makron Fransa Erməni Təşkilatlarının Koordinasiya Şurasının hər il keçirdiyi axşam yeməyində iştirak edib. Makron Fransada yaşayan erməniləri və Ermənistanı hər zaman dəstəkləyəcəyini bildirirərək deyib: “Fransa Erməni Təşkilatlarının Koordinasiya Şurasının erməni iddialarının inkar edilməsinin cəzalandırılması ilə bağlı tələbi ilə əlaqədar hüquqi işlər aparılır”.

Fransanın Konstitusiya Məhkəməsi 1915-ci il hadisələri ilə bağlı qondarma erməni iddiaları da daxil olmaqla “bəzi cinayətlərin inkar edilməsinin cinayət hesab edilməsi” ilə bağlı qanunu iki il əvvəl ləğv eləmişdi.

Qanun 1915-ci il hadisələrini “soyqırım” kimi tanımamağı “nifrət cinayəti” hesab edərək, cəza verilməsini nəzərdə tuturdu. Həmin cəza isə 1 illik həbs və 40 min avro pul cəriməsindən ibarət idi.

Fransada Nikola Sarkozinin prezidentliyi dövründ qbul edilmiş bənzər qanun Konstitusiya Məhkəməsi tərəfindən “söz azadlığını məhdudlaşdırdığı” üçün ləğv edilmişdi.

Hurriyyet.org