Buenos-Ayresdə keçirilən G20 sammiti çərçivəsində Fransa prezidenti Emmanuel Makron və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman arasında dialoq diqqət mərkəzinə düşüb.
Hurriyyet.org strateq.az-a istinadla xəbər verir ki, iki rəsminin mübhəm söhbəti dünya KİV-lərinin ilk səhifələrində yerləşdirilib:
Bin Salman: Narahat olma.
Makron: Narahatam, çünki çox…
Bin Salman: Mənə dedi, təşəkkür edirəm.
Makron: Mən istəmirdim ki…
Bin Salman: Yox…
Makron: Sən heç mənim sözümə qulaq asmırsan.
Bin Salman: Qulağım səndədir. Problem deyil, özüm öhdəsindən gələrəm.
Makron: Mən sözümün ağasıyam.
Bir çox müşahidəçilər bu qısa dialoqda söhbətin Camal Xaşuqcinin öldürülməsindən getdiyini iddia edirlər.