Makqreqor Nurməhəmmədovla görüşdən sonrakı davanın görüntülərini paylaşdı – VİDEO

42

Keçmiş UFC çempionu Konor Makqreqor Həbib Nurməhəmmədovla görüşündən sonra baş verən davanı yada salıb.

K.Makqreqor bununla bağlı “Instagram” hesabında paylaşım edib.

Keçmiş UFC çempionu videonun başlığına “bədbəxtlər” yazıb.

Xatırladaq ki, Las-Veqasda baş tutan görüşdən sonra qalib gələn Həbib Nurməhəmmədov Konor Makqreqorun məşqçisi Dillon Denisə hücum etmişdi. Rusiyalı idmançının komandasının üzvləri Zubeyr Tuxuqov və Abubakar Nurməhəmmədov isə irlandiyalı Makqreqorla əlbəyaxa olmuşdu.

A post shared by Conor McGregor Official (@thenotoriousmma) on