Mail.ru elektron poçt xidməti ÇÖKDÜ

57

Hurriyyet.org xəbər verir ki, rusdilli “Mail.ru” elektron poçt xidmətinin işində irimiqyaslı nasazlıq baş verib. Sayt işləmir. Downdetector xidmətinin məlumatına görə, nasazlıq Moskva vaxtı ilə təxminən 10.00 radələrində baş verib. Poçt hesablarına daxil olmaq mümkün olmur, texniki səbəblərdən xəta baş verdiyi bildirilir.

Artıq saat 11.35 radələrində, Downdetector xidmətinə 16 mindən artıq şikayət daxil olub.

Hurriyyet.org