Mağazadan 3500 manatlıq oğurluq…

12

Bakıda oğurluq hadisəsi baş verib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Nəsimi Rayon Polis İdarəsi 22-ci Polis Şöbəsi əməkdaşların keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki mağazaların birindən 3 500 manat dəyərində mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş F.Süleymanov saxlanılıb.