Mağazada peşəkar oğurluq: Məhsulları dar geyiminin altında apardı

51

Mağazaların birində oğurluq edən qadının peşəkarlığı görənləri heyrətə gətirib. Belə ki, o, bir neçə banka məhsulu və ərzaq bağlamasını paltarının altında mağazadan çıxarıb. Ən qəribəsi isə qadının dar paltarda olması olub. Hadisə Rusiyanın Krasnodar şəhərində qeydə alınıb.

“Müşahidə kamerası olmasaydı, hətta mağazanın mühafizəçiləri belə qadının xarici görünüşündə qeyri-adilik müşahidə edə bilməzdi”, – deyə məlumatda bildirilib.

“Baza” “Telegram” kanalı bununla bağlı kadrları təqdim edib.