Macarıstanda məhdudiyyətlər qüvvədə qalacaq

96

Macarıstan hökuməti koronavirus pandemiyası ilə əlaqədar olaraq ölkədə tətbiq edilmiş məhdudlaşdırıcı tədbirləri dəyişməyə hazırlaşmır.

AZƏRTAC xəbər verir ki, Macarıstan Baş Nazirinin dəftərxana rəhbəri Gergey Quyaş bu məsələyə aydınlıq gətirib. Onun sözlərinə görə, Nazirlər Kabinetinin bu mövqeyi onunla izah edilir ki, hökumət riskləri azaltmaq və pandemiyanın ikinci dalğasının qarşısını almaq istədiyi bir vaxtda hər hansı dəyişikliklər risklə bağlı olacaq.

Açıq havada və ya qapalı məkanlarda musiqili tədbirlərdə və rəqslərdən ibarət tamaşalarda təşkilatçıların və qonaqların sayını 500 nəfərlə məhdudlaşdıran qaydalar avqustun 15-dən sonra da qüvvədə qalacaq. Quyaşın sözlərinə görə, koronavirusla bağlı izolyasiya tələbləri musiqiçiləri çətin vəziyyətə saldığı üçün onlara kompensasiya ödənilə bilər. Sentyabrın 1-də məktəblərin yenidən açılması və adi rejimdə tədris prosesinin bərpa olunması üçün hökumət nə mümkündürsə edəcək. Lakin bu il yazda baş vermiş hadisələr göstərdi ki, son anda hər şey dəyişə bilər.