“MAARİFÇİ QADINLAR” TÜRKİYƏDƏ TƏHSİLSİZ QALAN SOYDAŞLARIMIZA SAHİB ÇIXDI – “İndi bizim təhsil verdiyimiz uşaqlar valideynlərinə oxuma-yazma öyrədirlər” / VİDEO, FOTOLAR

276

Təhsil millətin bu günü, sabahı, var olması deməkdir. İnkişaf etmiş, yüksək tərəqqiyə nail olan ölkələr ancaq təhsilin gücü ilə bu nailiyyətlərə imza atıblar. Bu baxımdan, hər bir millətin, dövlətin təməlində insan kapitalı durur.
Odur ki, biz də  dövlətimizin təməl qurucuları olan uşaqlarımızı oxutmalı, onları yüksək biliklə silahlandırmalıyıq.
XlX əsr maarifcilərinin davamcısı olan “Maarifci Qadınlar” İctimai Birliyi yarandığı ilk illərdən etibarən təhsildən kənarda qalan məktəbyaşlı uşaqların təhsilə cəlb edilməsi istiqamətində fədakarlıq göstərir, böyük uğurlara imza atır. Məktəbyaşlı uşaqların təhsilə cəlb edilməsi ilə bağlı ilk layihəni Xacmaz şəhərindən başlayan “Maarifci Qadınlar” İB bu layihələri ölkə hüdudlarından kənarda da həyata kecirməyə başladı.
Ölkə hüdudlarından kənarda, yəni Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində yaşayan, təhsil almaq imkanından məhrum olan azərbaycanlı məktəbyaşlı uşaqların təhsilə cəlb edilməsi kimi mühüm problemin həllinə həsr olunan layihənin icrası nəticəsində yüzlərlə məktəbyaşlı vətəndaşımız təhsilə cəlb olunub. Belə ki, illər öncə İstanbula işləmək ücün gəlib müvəqqəti yerləşməyi planlaşdıran insanlar, qanunları bilmdikləri ücün, yaxud imkansızlıqdan qanuni əsaslarla qeydiyyatdan keçmədiklərindən, Türkiyədə məktəblərə qəbul edilməmiş, nəticədə savadsız qalmış, hərf yazmaq, oxumaq bilmədən həyat sürmüşlər.
“Onlar Türkiyədə ailə qurmuş, həmin vətəndaşlarımızın övladları da ata-analarının taleyini yaşamasınlar deyə, böyük İstanbulu ev-ev, küçə-küşə gəzib, insanlarla əlaqə saxlayıb, təhsilə cəlb edərək, yüksək səviyyədə bilik vermişik. Böyük əziyyətlər, fədakarlıqla ərsəyə gətirdiyimiz məktəbdə indi bizim təhsil verdiyimiz uşaqlar yazma-oxuma bilməyən valideynlərinə oxuma-yazma öyrədirlər”, – “Maarifci Qadınlar” İB-dən bildirilir.

 


Hurriyyet.org