Məsud Yılmaz dünyasını dəyişdi

54

Hurriyyet.org xəbər verir ki, Türkiyənin keçmiş Baş naziri olmuş Məsud Yılmaz 73 yaşında vəfat edib. Bundan əvvəl ANAP – “Ana Vətən Partiyası” nın başçısı olmuş siyasətçi uzun müddət xəçəng xəstəliyindən müalicə olunurdu.

Məsud Yılmaz 2019-cu ilin yanvarında ağciyər xərçəngi, 2020-ci ilin mayında isə beyin xərçəngi ilə bağlı əməliyyat keçirib.