Məşhur həkim özünü koronavirusdan necə qoruyur?

96

Məşhur qidalanma metodunun müəllifi Pyer Dükan klassik üsullarla koronavirusdan qorunmağın yollarından danışıb.

Ekspert “Komsomolskaya Pravda”ya verdiyi müsahibədə hər gün C vitamini qəbul etdiyini etiraf edib.

Vitaminin adi dozası bir qramdır. Virus intensiv dövran etdikdə və ya Dükan tanış olduğu insanların sağlamlığına şübhə etdikdə onu iki qrama qədər artırır. Fransız dietoloq boğazında ağrı və ya soyuqdəymənin simptomunu müşahidə edərsə, üç qram C vitamini qəbul edir.

Bundan başqa, Dükan soyuq havada burundan nəfəs alır ki, bu da infeksiyanı başlanğıcda dayandırmağa imkan verir.

Onun sözlərinə görə, özü üçün faydalı hesab etdiyi məhsulları yeyir: zülallar, yüksək yağ tərkibli balıq, toxum və ya tərəvəzlər. Həkim karbohidrat qəbulunu məhdudlaşdırıb və sənaye baxımından işlənmiş olan hər şeydən imtina edib. Bundan əlavə, 20 ildən çoxdur ki, hər gün 25 dəqiqə qaçır. \\Publika