“Məsələnin həllini Minsk Qrupunun masasına həvalə etmək olmaz” – ŞAHİN CƏFƏRLİ

57

“Baza prinsipləri rədd edilməli, Azərbaycan Konstitusiyasının müddəaları əsasında bu problem öz qəti həllini tapmalıdır”

“Hərbi əməliyyatlar məntiqi sonluğuna çatdırılmalı, bütün işğal altındakı ərazilər üzərində Azərbaycan dövlətinin suverenliyi bərpa olunmalıdır”. Hurriyyet.org xəbər verir ki, bunu siyasi şərhçi Şahin Cəfərli deyib.

Siyasi şərhçi bildirib ki, hərbi əməliyyatlar onsuz da beynəlxalq hüqüq baxımından tam qanuni idi, dinc əhaliyə qarşı törədilən terror hücumları bu əməliyyatların legitimliyini daha da artırır: “Məsələnin həllini Minsk Qrupunun masasına həvalə etmək olmaz. Baza prinsipləri rədd edilməli, Azərbaycan Konstitusiyasının müddəaları əsasında bu problem öz qəti həllini tapmalıdır”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org