“Mərkəz hücumçunuz olmadan da oynaya bilərsiniz”

54

“Barselona”nın baş məşqçisi Ronald Kuman La Liqanın 3-cü turunda “Vilyareal”a 4:0 hesabı ilə qalib gəldikləri matçdan sonra komandasının oyunu haqda danışıb. 57 yaşlı mütəxəssis “Atletiko” ilə 2 illik müqavilə imzalayan Luis Suaresin yoxluğunun Kataloniya klubu üçün problem yaratmadığını bildirib:

“Antuan Qrizman və Lionel Messi oyun mövqelərini dəyişə bilər. Bu zaman rəqiblər üçün daha çətin olacaq. Mən onların çıxışından məmnunam. Suaresin gedişinə gəlincə, yeni bir hücumçu yeni oyun planını nəzərdən keçirmək komandaya  zərər verməyəcək. Amma mərkəz hücumçunuz olmadan da yaxşı çıxış edə bilərsiniz”.