“Məqsəd bu bölgəni işğal etməkdir” – Türkiyə qarşı ağlasığmaz həmlə

81

“Yunanıstan və Cənubi Kipri qızışdıran Fransa Afina vasitəsilə Aralıq dənizini işğal etmək istəyir”.

Teleqraf.com xəbər verir ki, bunu türk siyasi ekspert İsmayıl Şahin deyib.

Onun sözlərinə görə, Avropa İttifaqının diqqətini Aralıq dənizinə yönəldən Fransa bölgənin enerji resurslarını Avropa və Afrikaya satmağı planlaşdırır.

“Bu proyekti həyata keçirmək üçün Türkiyənin “Seviliya” adı verilən xəritənin içində qalmasını, “ağıllı uşaq” rolunu oynamasını istəyir. Türkiyənin bu xəritəni qəbul etməməsi Fransanın planlarını pozdu. Bu səbəbdən Fransa Türkiyəyə qarşı təcavüz siyasətinə üstünlük verməyə başlayıb. Çünki Ankara öz həmlələri ilə “Seviliya xəritəsi”ni zibilliyə atır”.

İsmayıl Şahin qeyd edib ki, Fransa bu xəritə ilə Türkiyənin Aralıq dənizindəki fəaliyyətini minimuma endirməyi planlaşdırır:

“Bu, Fransanın Aralıq dənizini Yunanıstan üzərindən işğal etmək xəritəsidir. Yunanıstan da beynəlxalq hüquq normalarını pozur. Türkiyə bu mübarizədə hüquqi cəhətdən haqlıdır.

Türkiyə öz haqlarını müdafiə etdiyi üçün Aralıq dənizinin şərqində tək qalıb. Bu, Sevr yalqızlığıdır. O zaman da haqlı və yalqız idik, indi də. Amma yalqız olmağımız yanlış olmağımız demək deyil. Çökən bir Avropa, yüksələn Türkiyə dönəmini yaşayırıq. Birinci Dünya Müharibəsinin ən ağır şərtlərində belə Sevri qəbul etmədik, bugünkü Türkiyənin qəbul etməsi mümkün deyil”.