“MƏNİM FƏRQİM SƏNİN FƏRQİN” MƏKTƏBLİLƏR ARASINDA ZORAKILIĞA VƏ AYRISEÇKİLİYƏ YOX DEYƏK” LAYİHƏSİ

384
Beyləqan rayonu Yuxarı Aran kənd məktəbinin “Mənim fərqim sənin fərqin” məktəblilər arasında zorakılığa və ayrıseçkiliyə yox deyək” adlı layihəsi üzrə online təlimlərin keçirilməsi artıq yekunlaşmışdır.
Keçirilən online təlimlərdə Beyləqan rayonu ərazisində fəaliyyət göstərən məktəblərin pedaqoji heyəti, şagirdlər və onların valideynləri iştirak etmişlər. Təlimdə məişət zorakılığı, diskriminasiya, bullinq anlayışları, zorakılıqla mübarizə və Məişət zorakılığının qarşısının alınması üzrə Azərbaycan Respublikasının qanunu, məktəbyaşlı uşaqların inkişafının psixoloji yaş xüsusiyyətləri, məktəb psixoloqlarının zorakılığa məruz qalmış uşaqla iş prinsipləri, ünsiyyət və bədən dili mövzuları müzakirə olunmuş qrup işləri keçirilmişdir.
Qeyd edək ki, “Mənim fərqim sənin fərqin” məktəblilər arasında ayrıseçkiliyə yox deyək” adlı layihə Təhsildə inkişaf və innovasiyalar üzrə 4-cü qrant müsabiqəsi çərçivəsində qalib olmuşdur.
Layihə çərçivəsində növbəti mərhələ layihənin hesabat dövrüdür.
Layihənin məqsədi isə Beyləqan rayonu ərazisində orta ümumtəhsil məktəblərin müəllim, şagird və valideyn qrupları arasında fiziki, psixoloji, mənəvi zorakılığın və diskriminasiyaya qarşı online təlimlər və sosial çarxların çəkilməsi vasitəsilə məlumatlandırma tədbirləninin keçirilməsidir.
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 4-cü qrant müsabiqəsi tərəfindən dəstəklənən layihə bu ilin sentyabr ayında başlamış və dekabr ayında yekunlaşması təsdiqlənmişdir.
“Mənim fərqim sənin fərqin” məktəblilər arasında ayrıseçkiliyə yox deyək” layihəsinin işçi qrupu