“Mən nə etdim?” baxışı. Trampın açıqlaması Serbiya Prezidentini mat qoydu

147

Hurriyyet.org xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın “Serbiya öz səfirliyini Qüdsə köçürəcək” sözlərindən sonra Serbiya Prezidenti Aleksandr Vuçiçin reaksiyası ölkəsində və dünyada müzakirə mövzusuna çevrilib.

ABŞ Prezidenti Donald Tramp iqtisadi münasibətləri normallaşdırmağı qərara almış Serbiya Prezidenti Aleksandr Vuçiç və Kosovanın Baş naziri Abdullah Hoti ilə Oval Ofisdə keçirdiyi mətbuat konfransında bu iki ölkənin öz səfirliklərini Qüdsə köçürəcəklərini bəyan eləmişdi. Tramp bu bəyanatı verərkən, Vuçiçin üzünün ifadəsi diqqəti cəlb edib.

Videolarda Vuçiçin qarşısında duran razılaşma mətnin səhifələrini vərəqləyərək, yan tərəfində olan adamlara sarı boylandığı görünür. “Direktino” adlı serb xəbər saytında dərc olunan “Qüdsmü, nə Qüdsü?” başlıqlı xəbərdə Ağ Evdəki danışıqlarda serb heyətin ya razılaşmanın maddələrinə baxmadığı, ya da bəzi madələrin onlardan xəbərsiz əlavə edildiyi yazılıb: “Ağ Evdəki münasibət Viçiçin sinirlərini alt-üst edib”.

Türkiyənin Xarici İşlər Naziri Kosovanın Qüdsdə səfirlik açmaq qərarı ilə bağlı açıqlamasında bildirib: “Beynəlxalq hüququn açıq-aşkar pozulmasını əks etdirən bu addım təəssüf doğurur. Kosova rəhbərliyinə BMT qərarlarına riayət edərək bu cür addımlardan qaçması çağırışı edirik”.