Mələkxanım Əyyubova “Azərbaycan” dedi VİDEO

10

Xalq artisti Mələkxanım Əyyubova “Azərbaycan” adlı vətənpərvər mahnını yeni aranjemanda ifa edib. Mahnının musiqisi Rauf Məmmədova, sözləri Zivər Ağayevaya, bekvokal isə Ramal İsrafilova məxsusdur. Xalq artisti yeni işi ilə bağlı news24.az-a açıqlamasında deyib ki, repertuarında daim vətənpərvər ruhda mahnılar yer alıb:
“Belə bir günlərdə isə xüsusi ilə bu cür işlər təbliğ olunmalıdır. Radiolarda, televiziyalarda bu cür mahnılar çox səsləndirməlidir. Sözügedən mahnını isə yeni aranjemanda yazdırmışam. Bu yaxınlarda klip də çəkdirəcəyəm. Vətənpərvər sənətçi kimi bunu etmək mənim borcum idi”.

Musavat.com mahnının videosunu təqdim edir: