Məktəblər sentyabrda necə açıla bilər? – TƏHSİL EKSPERTİ SUALLARA AYDINLIQ GƏTİRDİ

93

 

Artıq müxtəlif ölkələrdə pandemiya səbəbindən dərslərin açılması üçün fəaliyyət planı hazırlanır. Bəzi ölkələrdə isə, dəsrlərin fəaliyyətə başlanmasına qərar verilib.

Online təhsil isə heç bir halda effektiv ola bilməz. Online təhsil alanların hamısının kompyuteri, planşeti  və interneti yoxdur. Bəzi ailələrdə iki və daha çox şagird təhsil alır ki, onların eyni anda kompyuterdən istifadə etməsi mümkün deyil”

Bunu Hurriyyet.org-a təhsil eksperti Kamran Əsədov bildirib. O, orta və ali təhsil müəssələrində müəyyən qaydalara riayət edilməklə, dərslərin başlanıla biləcəyini deyib:

– Kamran bəy, sentyabrda məktəblər hansı qaydada təşkil oluna bilər?

– Pandemiya səbəbindən ölkədə fəaliyyət göstərən bütün təhsil müəssələrinin fəaliyyəti məhdudlaşdırıldı. Bu da gözləniləniydi. Çünki, təhsil müəssələri 2 milyondan çox şəxsi birləşdirir. Təkcə, orta məktəblərdə 1,6 milyon şagird təhsil alır. Ali təhsil müəssələrini də əlavə etsək, bu da kifayət qədər hərəkət deməkdir. Düşünürəm ki, yeni tədris ilində müyyən qaydalara riayət etməklə, tədris prosesi başlaya bilər. Təbii ki, burda kifayət qədər sıx insan kütləsi var. Ən azından bu sıxlığı azaltmaq lazımdır. Hesab edirəm ki, dərslərin növbəli şəkildə başlanması məsləhətdir.

– Dərslərin online qaydada keçirilməsi davam edəcəkmi?

– Biz ənənəvi təhsildən danışırıq. Online təhsil isə heç bir halda effektiv ola bilməz. Online təhsil alanların hamısının kompyuteri, planşeti  və interneti yoxdur. Bəzi ailələrdə iki və daha çox şagird təhsil alır ki, onların eyni anda kompyuterdən istifadə etməsi mümkün deyil. Bundan başqa online təhsilin kifayət qədər mənfi təsirləri də var. Yəni, şagirdlərin görmə qüsurlu olmasına, onurğa sütunu əyriliyinə  və psixoloji gərginliyə gətirib çıxarır. Digər tərəfdən, şagirdlər arasında ünsiyyət problemi yaranır. Bu fəsadları nəzərə alsaq, orta və ali təhsil müəssələrində müəyyən qaydalara riayət etməklə, dərslər başlanıla bilər.

– Şagird sıxlığını necə aradan qaldırmaq olar?

– Mələsən, 1,3 və 5-ci günlər orta məktəbdə olan 1,3,5,7 və 9-cu sinif şagirdləri gəlsin. Digər günlərdə isə, qeyri-siniflərdə təhsil alanlar gələ bilər. Şagird sıxlığı paytaxt Bakıda müşahidə olunur. Növbəli şəkildə dərslərə başlanılarsa, şagird sıxlığı kifayət qədər aşağı düşəcək.

– Bildiyiniz kimi, iri ticarət mərkəzlərinin fəaliyyət göstərməsinə qadağa qoyulub. Belə olan halda məktəbli formalarının alınması necə təşkil oluna bilər?

– Əsas məktəblərin açılması problemi deyil. Ona qədər həll olunası digərməsələlər var. Şagirdlərə məktəbli formasının alınması məsələsi, əsas problemlərdəndir. Hesab edirəm ki, bu il məktəbli formaları alınmamalıdır. Çünki, valideynlər məktəbli formaları alan zaman, öz övladlarının ölçüsünə uyğun bir neçə dəfə paltarı dəyişdirmək məcburiyyətində qalır. Əgər, yoluxmuş şəxs olacaqsa, o formadan istifadə edən digər şagird yoluxmanın daşıyıcısına çevrilə bilər. Digər tərəfdən 2019-2020-ci illərdə şagirdlərə dərsliklər verilib. Hazırda həmin dərsliklər məktəblərə qaytarılıb. Nəzərə alsaq ki, ölkəmizdə kifayət qədər yoluxmuş insan var, o baxımdan kitabların üzərində virus qala bilər. Həmin kitablar təkrar olaraq, şagirdlərin istifadəsinə verilməməidir. Məktəblərdə isə, parta arxasında şagirdlər tək-tək əyləşdirilməlidir.  Dezebfeksiya işləri mütəmadi qaydada aparılmalıdır. Bunlara əməl edilərsə, yeni dərs ilinin başlanması mümkündür. Ali məktəblərlə bağlı isə deyə bilərəm ki, növbəli qaydada dərslər başlaya bilər. Bütün hallarda dərslərin online qaydada keçirilməsi düzgün deyil.

YƏHYA