“Məktəb bufetlərinin açılması nəzərdə tutulmayıb”

54

Məktəblərdə yeməkxanalar işləməyəcək. Bunu Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları” barədə qərarına həsr olunan onlayn mətbuat konfransında Təhsil nazirinin müşaviri Rüstəm Ağayev bildirib: “İbtidai sinif şagirdləri məktəbə yemək gətirib, tənəffüs vaxtı yeyə biləcəklər.

Hələ ki, bufetlərin açılması nəzərdə tutulmayıb.

Ancaq internat tipli məktəblərdə yeməkxanalar işləyəcək”.